AZ

“Qəbələ” legionerləri mövsüm bitməmiş yola salır? – açıqlama

Bildiyimiz kimi, mövsümün bitməsinə iki aydan az qalıb. Komandalar da, adətən, fasilə zamanı transfer edir.

Premyer-liqadan düşməyin biraddımlığında olan “Qəbələ”də isə axar sular durulmaq bilmir. Qış fasiləsindən sonra komandanı çalışdıran Kaxaber Sxadadze, deyəsən, heyətdə “ələmə” prosesinə başlayıb. Tarixinin ən pis dövrünü yaşayan “qırmızı-qaralar” iki israilli legionerlə artıq sağollaşdığı deyilir. Belə ki, ötən ay yarımmüdafiəçi Gilad Abramov, bugünlərdə isə Feras Abu-Akal ilə müqaviləyə xitam verib.

Bəs legionerlərin göndərilməsinin səbəbi nədi? Bu məqamı aydınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı ilə əlaqə saxladıq:

“Belə bir şey yoxdu. Komandanı heçkim tərk etməyib. Adı şəkilən futbolçular - Feras Abu-Akal və Gilad Abramov düşərgədədi. “Qəbələ”nin son oyunlar üçün iştirak ərizəsinə baxsaz, dediklərimə şahid olarsız. Yayılan xəbərlərin heç bir gerçək əsası yoxdu”.

RÖYANƏ OĞUZ
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla