AZ

“Nikol Paçinyan dedi ki, kəndi qaytaracaq və nöqtə”

Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan dünən Azərbaycanla sərhədə səfər edib.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, sakinlərlə görüşən Paşinyan Azərbaycana məxsus olan kəndlərin qaytarılmasının vacibliyini bildirib.

Kirants icmasının rəhbəri Kamo Şahinyan bildirib ki, baş nazirin dedikləri kənddə müzakirə olunur.

 “Biz hələ də müzakirə edirik. Nikol Paşinyan bizə dedi ki, kəndi qaytaracaq və nöqtə. İndi biz bundan sonra nə edəcəyimizi müzakirə edirik. Kənd Azərbaycana verilsə, sülh olmasa, çox pis olar. Onlarla qalacaq torpaqlar var. Onun dedikləri ilə necə qane ola bilərik, bu mübahisəli vəziyyətdir”.

Seçilən
58
24
Mənbələr
Şərh ()
Bağla