AZ

Şirkətlərin "Bank of Baku"dakı əmanətləri 21% artıb

"Bank Of Baku"nun depozit portfelində cari ilin ilk rübündə də artım  müşahidə olunub.

FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.

Belə ki, bu dövrdə bank 569 milyon 558 min manat depozit portfelinə malik olub. Onun da 521 milyon 89  min manatı fiziki, 48 milyon 469 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.

2023-ci ilin sonu ilə müqayisədə depozit portfeli 53  milyon 790 min manat (10%), fiziki şəxslərin depozitləri 45 milyon 410 min manat (10%), hüquqi şəxslərin depozitləri isə 8 milyon 310 min manat (21%) artıb.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla