AZ

Çingiz Abdullayevdən səhhəti ilə bağlı PAYLAŞIM: "Ola bilsin ki, mənim üçün..." - FOTO

“Mən yenidən doğuldum”.

 

Sfera.az bildirir ki, bunu dünən xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, səhhətində yaranan problemlərdən söz açıb.

 

“Mən öldüm, yox, bu, mənim hekayəmin adi bir xülasəsi deyil. 6 aprel gecəsi və doğum günüm olan 7 aprel günü...Yenidən doğuldum. Həkimlər məni o biri dünyadan çəkdi, Allahın mənə yazığı gəldi. Ola bilsin ki, mənim üçün çox tez olduğuna qərar verdi. Bu bir neçə gündə yaxınlarıma və ailəmə çəkdirdiyim ağrıları təsəvvür etmək qorxuncdur”.

 

Yazıçı onunla maraqlanan hər kəsə təşəkkür edib:

 

“Prezidentim, bütün dostlarım, tanışlarım, oxucularım və ümumiyyətlə mənə yad insanlar. Bu günlərdə kimlər mənə görə narahat olubsa, hamısına təşəkkür edirəm. Etimadınızı doğrultmağa çalışacağam. Bir dəfə orada oldum, indi heç qorxmuram. Bir dəfə ölən ikinci dəfə ölməkdən qorxmaz. Ancaq tələsməyin. Yəqin ki, hər birimizin öz son təhvil tarixi var”.

 

Günay

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla