AZ

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

İndoneziyada

Bakı, 18 aprel, AZƏRTAC

İndoneziyanın Ruanq dağında vulkan püskürmələrindən sonra sunami xəbərdarlığı elan olunub. Hakimiyyət orqanları 11 mindən çox insanın ərazidən məcburi təxliyəsi barədə göstəriş verib.

AZƏRTAC “Associated Press” saytına istinadla xəbər verir ki, İndoneziyanın Sulavesi adasının şimalında son 24 saat ərzində beş böyük püskürməsi qeydə alınıb. Adanın 800 sakin çərşənbə günü ərazini tərk edib.

Dövlət rəsmiləri turistləri və yerli sakinləri vulkanından azı altı kilometr uzaq durmağa çağırıb. Onlar lavanın bir hissəsinin dənizə çökə biləcəyindən və 1871-ci ildəki püskürmə zamanı olduğu kimi, sunami yarana biləcəyindən narahatdırlar.

Qeyd edək ki, 270 milyon əhalisi olan İndoneziyada 120 aktiv vulkan mövcuddur. 2018-ci ildə Anak Krakatau vulkanının püskürməsindən sonra dağın parçalanmış hissələrinin okeana düşməsi Sumatra və Yava sahillərində sunamiyə səbəb olmuş, nəticədə 430 nəfər həyatını itirmişdi.

 

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla