AZ

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

Bakı, 18 aprel, AZƏRTAC

Rumıniyada Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayevin Rumıniyanın Xüsusi Telekommunikasiya Xidmətinin rəisi Lonen Sorin Balan ilə Buxarest Parlament Sarayında görüşü baş tutub.

AZƏRTAC Dövlət Xidmətinə istinadla xəbər verir ki, Xüsusi Telekommunikasiya Xidməti (XTX) Rumıniyada dövlət orqanları və qanunla nəzərdə tutulmuş digər istifadəçilər üçün xüsusi telekommunikasiya sahəsində fəaliyyətləri təşkil edən, nəzarət edən və əlaqələndirən mərkəzi ixtisaslaşmış orqandır. General-leytenant Lonen Sorin Balan XTX-nin hərbi struktura malik olduğunu və milli müdafiə sisteminin bir hissəsi olduğunu qeyd edib. XTX istifadəçilər üçün naqil, radio, optik və ya digər elektromaqnit sistemləri vasitəsilə hər hansı xarakterli işarələrin, siqnalların, yazıların, təsvirlərin, səslərin və ya məlumatların ötürülməsini təmin edir.

Eyni zamanda, XTX-nin fəaliyyətinin Ali Milli Müdafiə Şurası tərəfindən təşkil edildiyi və Rumıniya parlamenti tərəfindən nəzarət həyata keçirildiyini bildirilib.

İlqar Musayev xidmətin dövlət qurumları üçün informasiya təhlükəsizliyini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğunu, mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərinin audit və monitorinqini təşkil etdiyini bildirib, ortaq təcrübələr haqqında ətraflı məlumat verib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə birgə əməkdaşlıq istiqamətində görüləcək işlər müzakirə edilib.

Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla