AZ

Rusiyalı fırıldaqçı Türkiyədə tutuldu

Mavi kodla dələduzluq etdiyi üçün İnterpol tərəfindən axtarışa verilən Rusiya əsilli A.B. İzmirin Güzelbahçe şəhərində qaldığı evdə tutularaq saxlanılıb.

Herbiand.az Türkiyə mənbələrinə Istinadən xəbər verir ki, İzmir Polis İdarəsi Kəşfiyyat və Maliyyə Cinayətləri Mübarizə Şöbəsi qrupları ölkəsi Rusiyada fırıldaqçılıqla məşğul olduğu təsbit edilən İnterpol tərəfindən mavi bülletenlə axtarılan A.B.-nin Güzelbahçedə olduğunu müəyyən edib.

Miqrasiya Baş İdarəsində axtarışda olan A.B.-nin tutulması üçün tədbir görülüb. Yaxalanaraq qaldığı evdə saxlanılan A.B ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb.

Herbiand.az

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla