AZ

“Tovuzda “Sumqayıt”la finala bərabər oyuna çıxacağıq”

“Qəbələ” ilə görüşdə çox  vacib qələbə qazandıq. Oyunun son dəqiqələrinə qədər mübarizə apardıq və vacib olan 3 xalı əldə etdik. Matçın ardından yaşadığımız sevinc də bunu göstərdi. Bu elə sevincdir ki, dilə gətirmək olmur, ancaq yaşayanlar bilər”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev “Qəbələ” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

Bütün futbolçular avrokuboklarda çıxış etmək istəyir. Hamımız bunun üçün əlimizdən gələni edirik. Qarşımıza belə bir məqsəd qoyulmasa da, şansımız var. Niyə istifadə etməyək? “Sumqayıt”la Tovuzda finala bərabər oyuna çıxacağıq. Həmin görüşdəki qələbənin bizi hara aparacağını bilirik. Çünki bu tur “Nefçti” ilə “Zirə” də üz-üzə gələcək. İki komandadan biri xal itirə bilər Turnir cədvəlinə diqqət etsək, klublar arasında xal fərqi çox azdır. Hamı bir-birinə yaxın pillədə qərarlaşıb.

Biz yenə də çalışıb öz gücümüzü göstərməliyik. Çempionatın ikinci yarısında çox fərqli “Turan Tovuz” var. Komanda artıq bir-birinə tam uyğunlaşıb. Bütün oyunlardan xalla ayrılmaq istəyirik. Bunun üçün xarakter göstərməliyik. Çünki bizim çox çılğın azarkeşlərimiz var. Həmişə gözləntiləri yüksək olur. Amma reallıqla danışsaq, ikinci ildir Premyer Liqada çıxış edirik. Çətinliklərimiz çox olsa da, hər keçən gün daha da inkişaf edirik”.

Həsən Quluzadə 

 

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla