AZ

Paşinyan 4 kəndin qaytarılması haqda: “Nə etdiyimi bilirəm”

Azərbaycanın tələb etdiyi dörd kənd (Yuxarı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanıs Ayrım) Ermənistana məxsus deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd yaşayış məntəqələrinin sakinləri ilə görüşündə deyib.

Baş nazir Ermənistan müxalifətinin 4 kənd məsələsi üzərindən manipulyasiyasına etiraz edib:

“Hesab edirik ki, “Tavuşun 4 kəndini verirlər” deyəndə sadəcə (həqiqətləri) təhrif edirlər. Tavuş vilayətinin nə vaxt Qızılhacılı, Xeyrimli adlarında kəndləri olub”.

Paşinyan artıq müharibə yox, sülhün vaxtının gəldiyini vurğulayıb:

“Cəbhə xətti olmamalıdır, sərhəd olmalıdır və o sərhəddə keçid məntəqəsi olacaq, ünsiyyət qurmaq istəyirsənsə, ünsiyyət quracaqsan, ünsiyyət qurmaq istəmirsənsə, ünsiyyət qurmayacaqsan.

Bu hekayə nədən bəhs edir? Mənim, uşağım, sizin, valideynlərim, hətta babam haqqında. Nə istəyirsiz, deyin. Sizcə, mənim ləyaqətim yoxdur, yoxsa müqavimət göstərə bilmərəm?

Elə bir vaxt gəlir ki, sən vətən uğrunda, vətən naminə özünü qurban verməlisən. Hörmətini, adını, övladlarının ruhi durumunu, ailənin rahatlığını, valideynlərin və babalarının yaddaşlarını qurban verirsən, amma bunu niyə etdiyini bilməlisən. Mən nə etdiyimi bilirəm, bunu bu Ermənistan Respublikasının müstəqil dövlət olması üçün edirəm”.

Paşinyan sakinlərə Ermənistanın xəritəsini də göstərib.

Baş nazir ermənilərin istəklərinə uyğun olaraq Azərbaycana qarşı ərazi iddialarının arxasınca getdiyinə, amma bunun yaxşı nəticə vermədiyinə də eyham vurub:

“Bu gün deyirlər ki, siz “Artsaxın öz müqəddəratını təyin etmək hüququ”ndan danışmışdınız. Bunun da arxasınca getdik. Mən isə dedim ki, düşündüklərimiz həyata keçsə, çox böyük şeylər əldə edəcəyik, suverenlik, müstəqillik əldə edəcəyik”.

Paşinyan erkən seçilərin olmayacağını, seçkilərin öz vaxtında - 2026-cı ildə keçiriləcəyini açıqlayıb:

“İnsanlara “belə səs verin, elə səs verin” deyilən dövrlər geridə qalıb. Hökuməti dəyişmək qərarına gəlsəniz, edəcəksiniz. Amma indi bütün bunları başa düşəndən sonra mən, müəyyən mənada, Ermənistan Respublikası naminə özümü qurbangahın üstünə qoyuram. Bilirəm ki, indi bu, qədər də populyar deyil. Bu qədər başa düşmürdümsə, baş nazir kimi mənim burada işim vardı? Heç kimin mümkün olmadığını düşündüyü halda, mən siyasi komandamla sıfırdan inqilab etdim. Heç birimizin bölüşmədiyi iki şeyi etdik. Biri 2018-ci ilin inqilabı, digəri isə 2021-ci ildə qalib gələcəyimizə heç kimin inanmaması idi.

Bunu nə üçün etdiyimi bilirəm. Mən bunu ona görə edirəm ki, Ermənistan sonda müstəqil dövlət olsun, forpost yox, müstəqil dövlət olsun”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla