AZ

“TikTok”da övladından istifadə edən valideynlər…– “Cəzalar sərtləşməlidir!”

Son günlər sosial şəbəkələrdə xüsusən də TikTok-da azyaşlı uşaqların vulqar ifadələr işlədərək valideynləri tərəfindən videolara çəkilməsi kimi hallar “trend” olub. Uşaqların üzlərinin açıq vəziyyətdə bu cür videolara alət olmaları, eləcə də söyüş söymələri təəssüf ki, şəbəkələrdə "əyləncəli kontent" kimi qiymətləndirilir.

 

Bu kimi mənfi halların gələcəkdə uşaqlara nə kimi fəsadları toxuna bilər?

 

Mövzu ilə əlaqədar sosioloq Lalə Mehralı AzEdu.az-a danışıb.

 

 

Sosioloq bildirib ki, pul qazanmaq niyyəti ilə öz övladını, ailəsini, yaşlı ata və anasını canlı yayıma çıxaran, etik olmayan davranışlar və söhbətlər edən şəxslərin sayı getdikcə artır:

 

“Övladını canlı yayımda nalayiq ifadələr işlətməsinə sövq edən, müxtəlif qeyri-etik hərəkətlər etməyə vadar edən valideynlər əksər hallarda məsuliyyətdən yaxa qurtarmağı bacarır. Hətta məsuliyyətə cəlb olunsa belə, cüzi cərimə, yaxud xəbərdarlıq olunmaqla sərbəst buraxılır. Düşünürəm ki, bu sahədə cəzaların sərtləşdirilməsi, artırılmasına ehtiyac var ki, bəzi valideynlər övladlarını nəyə vadar etdiyini, onların hüququnu necə pozduğunun fərqinə varsın.

 

Son günlər bir tiktokerin 30 sutka həbs edilməsinin şahidi olduq, amma bu adam daha əvvəl cərimə olunsa da, daha sonra övladını canlı yayıma çıxarıb və etik olmayan danışıqlara yol verdiyi üçün həbs edilib. Həbsdən sonra davranışı necə olacaq, bunu yaşayıb görəcəyik. Amma cəmiyyətimizdə onlara bu qədər hədiyyə, pul göndərənlər olduqca bu xəmir hələ çox su aparacaq”.

Seçilən
34
50
Mənbələr
Şərh ()
Bağla