AZ

Kaledoniya heyəti problemlərini qlobal səviyyəyə çatdırmaq imkanına görə Azərbaycana minnətdarlıqlarını bildiriblər

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Neysselin Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) ofisində olub.

"Report" xəbər verir ki, BTQ-in icraçı direktoru Abbas Abbasov qonaqlara qrupun əsas məqsədləri və planları barədə məlumat verib.

Nümayəndə heyətinin üzvləri müasir dünyada neokolonializm problemini qlobal səviyyəyə çatdırmaq imkanına görə Azərbaycan hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.

Həmçinin Yeni Kaledoniyanın nümayəndələri minnətdarlıq əlaməti olaraq BTQ-nin ofisinə parça suvenir hədiyyə ediblər. Bu suvenirdə həqiqi Yeni Kaledoniya sakinin doğumundan ölümünə qədər olan həyatı əks etdirilib.

Sonra nümayəndə heyəti ilə BTQ nümayəndələri arasında qapalı görüş baş tutub.

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla