AZ

"Mançester Siti"dən son 4 ilin rekordu

Dünən "Real"ın qapısına 33 zərbə endirən "Mançester Siti" Çempionlar Liqasında son 4 ilin rekorduna imza atıb.

Futbolpress.az xəbər verir ki, bu barədə "City Xtra" portalı məlumat yayıb.

Sonuncu dəfə pley-oflarda 2020-ci ildə "Liverpul" "Atletiko"nun qapısına 34 zərbə endirmişdi.

"Mançester Siti" böyük üstünlük qurduğu rəqibinə penaltilər seriyasında məğlub olub. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabıyla başa çatıb. Son zərbələrdə dəqiq olan "Real" yarımfinala yüksəlib.
Seçilən
63
Mənbələr
Şərh ()
Bağla