AZ

Hövsanda “Mercedes” “Toyota”ya çırpılıb yerində fırlandı - ANBAAN VİDEO

Suraxanı rayonu Hövsan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 15-i saat 19:42 radələrində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı maşınla “Toyota” markalı avtomobil toqquşub. Qəzaya səbəb “Mercedes” sürücüsünün növbəsini gözləmədən hərəkət etməsi olub. Belə ki, o, yola baxmadan sürətlə yolayrıcına daxil olub və bu zaman soldan gələn maşın ona çırpılıb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilər qaranlıq və işıqforsuz olan bu yolda tez-tez qəzaların baş verdiyini vurğulayıblar.

Nərmin

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla