AZ

Sumqayıt qatarında şüşəni sındıranlar müəyyən edildi

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.

Bildirilib ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarının axtarışı nəticəsində hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideyinlərinin iştirakı ilə polis şöbəsinə gətirilib. Azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.

Seçilən
166
31
Mənbələr
Şərh ()
Bağla