AZ

ABŞ konqresmenindən QƏRƏZLİ TƏKLİF: “Azərbaycana bütün yardımı azaltmaq lazımdır”

“Azərbaycana bütün yardımı azaltmaq lazımdır”.

İnterpress.az xəbər verir ki, bunu ABŞ konqresmeni Bred Şerman deyib. O bildirib ki, Qarabağdan “məcburi köçkün düşmüş ermənilərə yardımı artırmaq və Azərbaycana bütün yardımı azaltmaq lazımdır”.

“Hazırda ədalətsizlik baş verir. Əsl ədalət o zaman olacaq ki, ermənilər Qarabağa qayıda bilsinlər”, – konqresmen qeyd edib.

O, Ermənistanın ABŞ administrasiyasının vəd etdiyi yardıma ehtiyacı olduğunu və yardım haqqında qanun layihəsinin qəbul ediləcəyinə ümid etdiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla