AZ

Həbsdə olan qardaşını görməyə gəldi, faciəvi şəkildə öldü

Bakıda idarə etdiyi “Toyota Prius” markalı avtomobillə ağır qəza törədən 1994-cü il təvəllüdlü Mehdizadə Elşən Mirzəli oğlunun məhkəməsi keçirilib.

Publika.az xəbər verir ki, Suraxanı rayon Məhkəməsində keçirilən prosesdə E.Musayev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. Məlum olub ki, şirkətlərədən birində mühəndis kimi çalışan Elşən həm də taksi fəaliyyəti göstərib. O, hadisənin baş verdiyi gün işə getmək üçün tanışları ilə birgə Xəzər rayonundan yola çıxıb.

Avtomobil Suraxanı rayonu ərazisində - Aeroport şosesində hərəkətdə olarkən saat 07 radələrində yolu keçmək istəyən 57 yaşlı Əliyev Polad Qaçay oğlunu vurub. Nəticədə o, hadisə yerində ölüb.

Mərhumun oğlu bildirib ki, atası həmin gün Füzuli rayonundan Bakıya gəlibmiş. O, paytaxta həbsdə olan qardaşı ilə görüşmək üçün gəlib:

“Mərhum atam Bakıda yerləşən 12 saylı cəza çəkmə müəssisəsində cəza çəkən qardaşı ilə görüş almaq üçün Füzuli rayonundan gəlmişdi. 03 oktyabr 2023-cü ildə axşam saatlarında mənə məlumat çatdı ki, atamı maşın vurub və hadisə yerində ölüb. Atamın cənazəsini aparıb Füzuli rayonu, Kürdmahmudlu kəndində dəfn etdik. Sonradan hadisənin təfərrüatları məlum oldu. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən maddi ziyan ödənildiyindən onunla barışmışam, Elşənə qarşı heç bir şikayət və tələbim yoxdur”.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla