AZ

Xorvatiya parlamentinə seçkilərdə baş nazirin partiyası qalib gəlib

Xorvatiya

Bakı, 18 aprel, AZƏRTAC

Xorvatiya parlamentinə seçkilərdə Baş nazir Andrey Plenkoviçin Xorvatiya Demokratik İttifaqı partiyası qalib gəlib.

AZƏRTAC xəbər verir ki, Andrey Plenkoviç partiyasının qələbəsini özünün sosial media hesabında elan edib.

Mərkəzi Seçki komissiyasının (MSK) məlumatına görə, bülletenlərin 99,3 faizi hesablandıqdan sonra Xorvatiya Demokratik İttifaqı partiyası 151 mandatdan 61-ni qazanıb. Müxalif Sosial Demokratik partiya 42, Vətən Uğrunda Hərəkat partiyası 14, “Körpü” partiyası 11, “Biz bacararıq” koalisiyası 10 mandat əldə edib.

Aprelin 17-də Xorvatiya keçirilən parlament seçkilərində 165 partiya, koalisiya və blokdan 2,2 mindən çox namizəd mübarizə aparıb. MSK-nın məlumatına görə, səsvermədə seçicilərin 62,3 faizi iştirak edib.

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla