AZ

Çin Blinkeni qəbul etməyə hazırdır

Çin hakimiyyəti ABŞ dövlət katibi Entoni Blinkeni qəbul etməyə hazırdır, lakin bu məsələ ilə bağlı əlavə məlumat verə bilməz.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.

"Çin tərəfi ABŞ Dövlət Katibi Antoni Blinkenin yaxın gələcəkdə Çinə səfərini alqışlayır. Hazırda mənim təqdim edəcəyim əlavə məlumat yoxdur",- deyə o, tarixləri təsdiq etməyi xahiş edən jurnalistə qısa cavab verib. 

Bundan əvvəl “Politico” qəzeti yazıb ki, Blinken aprelin 23-də Çinə dörd günlük səfərə gedəcək və yüksək səviyyəli rəsmilərlə görüşəcək. 

Humay İSGƏNDƏRLİ

 

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla