AZ

Albert Eynşteyn və sovet kəşfiyyatçısı Marqarita Konenkova

Gənc, gözəl, parlaq təhsil almış, xarici dilləri bilən, kişilər üzərində sehrli gücə sahib bir casus. Kod adı Lukas…

Missiyası ABŞ-da elmi dairələrə sızmaq, nüvə silahının istehsalı ilə məşğul olan Manhetten Layihəsi haqda məlumat toplamaq idi. Ən əsas vəzifəsi Eynşteyni Sovetin Nyu Yorkdakı vitse-konsulu ilə görüşdürmək idi. Vitse-konsul rəsmi olaraq Eynşteynlə elmi əlaqələrə nəzarət edirdi (oxu: elmi ideyaları, texnologiyaları oğurlamaq).

Aralarında eşq romanı başlayır...

Marqarita sayəsində Sovet höküməti Robert Oppenheymerin çalışmalarından xəbər tutur.

Rus kəşfiyyatçısı Oppenheymeri özünə elə “bağlayır” ki, layihəyə bir sıra sol təmayüllü, pasifist mühəndislərin alınmasına nail olur…

Sovetin hər şeyi belə idi…milyonlarla insanın qanı bahasına ölkə quran Qırmızı Terrorçuların əlindən başqa heç nə gəlmirdi. Ona görə də hər şeyi bu yolla əldə edirdilər – Atom bombasından Atom Elektrik Stansiyalarına, Kalaşnikovlardan kosmik raketlərə qədər…

İbrahim Nəbioğlu

visiontv.az



Seçilən
30
Mənbələr
Şərh ()
Bağla