AZ

"Unibank"ın biznes kredit portfelinin həcmi - 6% BÖYÜYÜB

Bu  ilin ilk rübündə "Unibank"ın kredit portfeli 1 milyard 47 milyon 456 min manat təşkil edib.

FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.

Onun da  607 milyon 843 min manatını istehlak,  347 milyon 554 min manatını biznes kreditləri, 92 milyon 59 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.

2023-ci iin sonu ilə müqayisədə  biznes kreditləri 18 milyon 157 min manat (6%), ipoetka kreditləri 1 milyon 321 min manat (1%) böyüyüb.

Ümumi kredit portfelinin 48 milyon 888 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.

Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 998 milyon 567 min manat olub ki, bu da son 3 ayda 20 milyon 43 min manat, başqa sözlə 2% artım deməkdir.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla