AZ

Ukrayna PUA-ları Rusiyanın uzaq ərazilərini hədəf seçir - Foto

Ukrayna

Dünən Ukraynanın uzaqmənzilli pilotsuz təyyarələri Rusiya ərazisində yerləşən “Tu-22M3” və “Tu-160” kimi strateji bombardmançı təyyarələrin istehsal olunduğu zavoda hücum edib. Hücumun nəticəsi barədə məlumat verilməsə də, bu, Ukrayna üçün ən azı, simvolik baxımdan vacibdir.

Reyting.az
“Defence Express”ə istinadla bildirir ki, burada söhbət təkcə Kazan şəhərindəki təyyarə zavodunun Ukrayna sərhədindən 1000 kilometrdən çox uzaqda yerləşməsindən getmir, eyni zamanda, KAPO-nun hərbi sənaye kompleksi sistemində mühüm yer tutmasından bəhs olunur.

“Defence Express” yazır ki, bu obyektdən hətta Rusiya prezidenti Putinin iştirakı ilə keçirilən təbliğat tədbirlərindən birində də istifadə edilib.

Xüsusilə, bu ilin fevral ayında Rusiya Federasiyasının Prezidenti Kazanda təyyarə zavodunun obyektlərinə baş çəkib. Eyni zamanda, məlum olub ki, KAPO son 2 il ərzində yalnız iki “Tu-160” döyüş bombardmançı təyyarəsini modernləşdirməyə və “Çoxaltma Proqramı” çərçivəsində sovet dövrünün blanklarından bu tip daha iki təyyarə istehsal edə bilib. Bu iki yeni təyyarə 2022-ci ildə sexləri tərk etsə də, Rusiya Müdafiə Nazirliyi onları heç vaxt qəbul etməyib.



2023-cü ilin mart ayında KAPO modernləşdirilmiş “Tu-22M3M” barədə məlumat yayıb. Bunlar, son 5 ildə bu tipli ikinci bombardmançı təyyarədir.

Ruslar KAPO obyektlərində istehsalın yerləşdirilməsi üçün kifayət qədər iddialı planlarını açıqlayıblar. Məsələn, 2023-cü ilin dekabrında, demək olar ki, bütün “Tu-22M3”-lərdə yanacaqdoldurma bumu quraşdırmaq planı məlum olub. Bu isə uçuşun bir neçə saat davam etməsinə imkan verir.

Xatırladaq ki, aprelin 2-də pilotsuz təyyarələr ilk dəfə Tatarıstana hücum edib. Bu hücum Ukraynanın 1200 kilometrdən çox məsafə qət edə bilən dronlara malik olduğunu göstərir. Dünən isə Ukrayna Baş Kəşfiyyat İdarəsinin pilotsuz təyyarələri Kazandakı təyyarə zavoduna hücum edib. Orada əsasən “Tu-22M” və “Tu-160M” bombardmançı təyyarələri istehsal və təmir olunur.

E. KAMAL
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla