AZ

Paşinyandan Əskipara sakinlərinə: "Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada..."

“Biz istəyirik ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxınlığı sakinləri narahat etməsin”.

 

Sfera.az bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, bu barədə Tavuş vilayətinin Əskipara kəndinin sakinləri ilə görüşündə danışıb. Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə həsr olunmuş görüşdən fraqment Baş nazirin sosial şəbəkə hesablarında yerləşdirilib.

 

“Məqsədimiz ondan ibarətdir ki, siz “Azərbaycan 50 metr aralıdadır” deyəndə narahat olmayasınız, əksinə,  “yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada ticarətlə məşğul olarıq, bəlkə, ferma tikərik” deyəsiniz. Eyni zamanda, buradan avtomobillərin keçəcəyi buraxılış məntəqəsi tikmək olar ki, buna görə Ermənistan Respublikasına ödəniş edərlər”, - Paşinyan bildirib.

 

Ermənistan Baş naziri sakinlərə təhlükəsizlik barədə 100 faizlik qarantiya verməsə də, zamanla bunun 90 faizdən artıq olacağını güman etdiyini əlavə edib: “Əgər bu addımları atmasaq, bölgədə yeni partlayış olacağına zəmanət veririk”.

 

Paşinyan həmçinin gələn həftədən kənd icması rəhbərlərinin demarkasiya və delimitasiya ilə bağlı komissiyaya daxil ediləcəklərini də qeyd edib. 

 

Günay


 

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla