AZ

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Ali Təhsil Komissiyasının sədri Muxtar Əhməd ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Qeyd olunub ki, tələbə mübadiləsinin artırılması və təhsil işçilərinin qarşılıqlı səfərlərinin intensivləşməsi qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına əsaslı təkan verər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla