AZ

Almaniyada Rusiyaya casusluqda ittiham olunan iki nəfər həbs olundu

Almaniyada Rusiyanın xeyrinə casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Bavariyanın Bayreuth polisi ABŞ bazalarında Rusiyaya casusluq etdiyi və hərbi nəqliyyat marşrutlarına hücumlar planlaşdırdığı iddia olunan iki şəxsi həbs edib.

Əsas müttəhim 39 yaşlı Diterdir. Müstəntiqlərin fikrincə, o, 2023-cü ilin oktyabrından hərbi infrastruktura dəyən ziyanla bağlı danışıqlar aparıb və həmçinin Almaniyadakı Amerika hərbçilərinə məxsus obyektlərin fotolarını çəkib. Onun fotoları Rusiyadakı müştərilərinə ötürdüyü iddia edilir. 37 yaşlı rusiyalı alman Aleksandr ona casusluq etməyə kömək edib. Onlar birlikdə Almaniyanın Ukraynaya dəstəyini zəiflətməyə çalışıblar.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla