AZ

NATO Rusiya sərhədində yüzlərlə bunker tikəcək – Yeni müharibə?

“NATO-nun Rusiya ilə şərq sərhədini əhəmiyyətli dərəcədə modernləşdirmək üçün tədbirlər planı hazırlanıb. Bu məqsədlə ekskavatorlar və betonqarışdırıcılar tezliklə Estoniya tarlalarına yola salınacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin Rusiya təhlükəsinə qarşı “Baltikyanı balanslaşdırma” məqaləsində qeyd olunub.

Müəlliflər iddia edirlər ki, yeni müdafiə xəttinin bir hissəsi kimi yüzlərlə möhkəmləndirilmiş bunker tikiləcək. Məqalədə vurğulanır ki, bunkerlər Baltikyanı ölkələri, eləcə də bütün Qərb müdafiə alyansını rus hücumundan qorumaq üçün nəzərdə tutulub.

Məqalədə o da vurğulanır ki, NATO ölkələri sərhəd təhlükəsizliyi adı altında yeni müharibəyə hazırlaşır.

Natiq Səlim,

KONKRET.az

Seçilən
35
50
Mənbələr
Şərh ()
Bağla