AZ

Bakıda bu yol 3 gün bağlı olacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.

Milli.Az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar həmin ərazidə sabah saat 08:00-dan 21 aprel saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
17
26
Mənbələr
Şərh ()
Bağla