AZ

Azərbaycanla Ermənistanın davamlı sülh səylərini dəstəkləyirik

Biz Azərbaycanla Ermənistanın davamlı sülh səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılmasına yardıma hazırıq.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsünün birinci müavini Vedant Patel brifinqdə deyib.

Patel Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmasına dair suala da cavab verib. Onun sözlərinə görə, ABŞ 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya qoşunlarının yerləşdirilməsini nəzərdə tutan üçtərəfli razılaşmanın tərəfi olmayıb.

“Açığı, biz Rusiya hərbçilərinin daha dinc və stabil Cənubi Qafqaz regionu üçün töhfə verdiyini göstərən heç nə görməmişik”, – deyə qeyd edib.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla