AZ

"Rusiyanın aktivləri dondurulmuş vəziyyətdə qalacaq” - G7-dən BƏYANAT

G7 ölkələri Ukrayna münaqişəsi çərçivəsində Kiyevə dəymiş ziyana görə Moskvadan ödəniş alana qədər Rusiyanın aktivlərini dondurulmuş saxlamaq qərarına gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Vaşinqtondakı görüşdən sonra verdiyi birgə bəyanatında bildirilir.

“Ukraynaya dəymiş ziyana görə Rusiyadan ödəniş almaq əzmində olduğumuzu bir daha təsdiq edirik. O vaxta qədər Rusiyanın yurisdiksiyalarımızdakı suveren aktivləri dondurulmuş vəziyyətdə qalacaq”, – bəyanatda deyilir.

G7 ölkələrinin liderləri Aİ-nin Moskvanın aktivlərindən əldə olunan gəlirləri Kiyevin xeyrinə yönəltmək təkliflərini alqışlayırlar.

Eyni zamanda, G7 liderləri Rusiya metallarının birjalarda dövriyyəsinə qarşı Böyük Britaniya və ABŞ-ın tətbiq etdiyi sanksiyaları təsdiqləyiblər.

Azpost.info

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla