AZ

Tramp Nyu-Yorkda Andjey Duda ilə görüşüb

ABŞ-nin 45-ci prezidenti Donald Tramp Nyu-Yorkda Polşa prezidenti Andjey Duda ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Tramp Dudanın siyasi fəaliyyətini bəyəndiyini dilə gətirib:

“Bilirsiniz, bu centlmen fantastik bir iş görür. Polşa xalqı onu sevir. Və buna nail olmaq asan iş deyil. Amma o, əla iş gördü və mənim dostumdur. Birlikdə dörd gözəl il keçirdik. Biz bunu yenidən etməli ola bilərik. Bildiyiniz kimi, bizim çox yaxşı və şəxsi münasibətimiz olub. Heç vaxt bir problemimiz olmayıb”.

Xatırladaq ki, Duda Ukraynanın sadiq tərəfdarıdır. O, Rusiyanın davam edən işğalı fonunda Vaşinqtonu Kiyevə daha çox yardım göstərməyə təşviq edib.

Seçilən
59
3
Mənbələr
Şərh ()
Bağla