AZ

Azərbaycan millisi Belarusa yollanacaq - səbəb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.

Oyunların təqvimini diqqətinizə çatdırırıq:

23 aprel

Belarus U-17 – Azərbaycan U-17
“ABFF Technical Center”. Saat 19:00

25 aprel

Azərbaycan U-17 – Özbəkistan U-17
“ABFF Technical Center”. Saat 16:00

28 aprel

Azərbaycan U-17 – Tacikistan U-17
“ABFF Technical Center”. Saat 13:00
Seçilən
91
Mənbələr
Şərh ()
Bağla