AZ

Zelenski Qərbdən TƏLƏB ETDİ: “Ruslar irəliləyir, bizi silah-sursatla təmin edin!" 

“Ruslar cəbhədə bizə ciddi təzyiq göstərirlər və tədricən irəli gedirlər”.

 

Sfera.az “TASS” istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə qeyri-rəsmi sammit zamanı Avropa liderlərinə müraciətində deyib.

 

O, Rusiya qüvvələrinin irəlilədiyini etiraf edərək, Qərbdən Ukrayna qoşunlarını mübarizə apara bilmələri üçün lazım olan silah-sursatla etməsini tələb edib.

 

Eyni zamanda o, Aİ-ni Kiyevə planlaşdırılmış artilleriya mərmilərinin təhvil verilməsində gecikmələrə görə qınayıb:

 

"Təəssüf ki, biz Avropa İttifaqından bu qədər müzakirə olunan bir milyon artilleriya mərmisini hələ görə bilməmişik. Həmçinin bəzi digər təşəbbüslər də hələ tam həyata keçirilməyib".

 

Zelenski həmçinin Aİ liderlərindən müqavilələrin icrasını sürətləndirməyi tələb edib.

 

Xatırladaq ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell fevralın sonunda bildirmişdi ki, Aİ mart ayına qədər Kiyev hökumətinə 550-600 min mərmi verəcək və ilin sonuna qədər nəzərdə tutulan rəqəm bir milyona çatacaq. 

 


Firuzə Əliyeva
 

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla