AZ

Azərbaycana gətirilən qida məhsullarında GMO yoxdur - AQTA sədri

Bakı. Trend:

Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycana gətirilən qidaməhsullarında özündə hər hansı təhlükə daşıyan GMO orqanizminigətirmək mümkün deyil.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyininsədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahidsağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədədeyib.

AQTA sədri bildirib ki, bunu istənilən vaxt müzakirə mövzusunaçevirmək olar.

“Yalnız icazə verilən və qeydiyyata düşən nəzarət olunanfermentləri özündə daşıyan GMO ilə yüklənmiş yemlərin qeydiyyatı vəidxalı mümkün hala gəlib.

Dünyada son 30 ildə yayılan yoluxucu xəstəliklərin təxminən 75%-i heyvanlardan qaynaqlanan xəstəliklərdir. Eyni zamanda, hazırdaheyvanlarda 1,5 milyon ətrafında öyrənilməmiş müxtəlif viruslarıntəxminən yarısının insanları yoluxdurmaq potensialı var. Ətrafmühitin çirklənməsi və iqlim dəyişikliyi insan və heyvansağlamlığına ciddi təsir göstərir. Bu da vahid sağlamlıqkonsepsiyasının əsasını təşkil edən əsas məsələlərdəndir”, -Q.Təhməzli əlavə edib.

Seçilən
52
6
Mənbələr
Şərh ()
Bağla