AZ

Paşinyan özünü "qurban verir": ermənilərlə onların sahibləri inanacaq?

Ermənistanın Tavuş rayonundakı Aşağı Əskiparakəndinə yollanmış Nikol Paşinyan orada yerli sakinlərlə görüşündəöz aləmində emosional çıxış edib.

"Vətənin, ölkən uğrunda özünü qurban verməyin gərəkdiyi an gəlibçatır. Sənə olan sayğını, adını, övladlarının psixoloji durumunu,ailənin sakit və rəvan həyatını, valideylərinin xoş xatirəsini,babanın xatirəsini qurban verməlisən. Amma bunu niyə etdiyinibilmək lazımdır.

Bunu niyə etdiyimi bilirəm. Ermənistan Respublikasının müstəqildövlət olması üçün bunu edirəm. Buna əminəm. Bilirəm ki, qərarlarımsonradan siyasi karyerama mənfi təsir edə bilər. Lakin əsl liderzərurət yaradanda nüfuzunu və ona olan sayğını ölkəsinin gələcəyi,dövlət üçnü qurban verməyi bacarmalıdır. Ermənistan demokratikdövlətdir. Mənim üçünsə demokratiya ləyaqətimdən, siyasi karyeramıngələcəyindən daha vacibdir, daha önəmlidir", - N.Paşinyandeyib.

Azərbaycanla şərti dövlət sərhədində, 31 ildən bəri erməniişğalındakı kəndimizdə olarkən Ermənistanın baş naziri seçkilərdəndə bəhs edib.

Onun sözlərinə görə, Azərbaycanla şərti dövlət sərhədinindelimitasiya və demarkasiya prosesi başlanana qədər Ermənistandanövbədənkənar parlament seçkiləri keçirilməyəcək.

"Hesab edirəm ki, tələsməyə ehtiyac yoxdur. Qəbul etdiyimizqərarlar və gördüyümüz işlər qlobal geosiyasi dəyişikliklərəcavablarımızdır. Hazırda Ukrayna və Rusiya arasında hərbiəməliyyatlar gedir. Seçkilər keçirə bilərik, amma başqa ölkələrarasında da müharibə başlayacaq və bu, ölkəmizdəki vəziyyətəbirbaşa təsir edəcək. Belə çıxır ki, hər həftə seçkilərkeçirməliyik?" - Paşinyan söyləyib.

Onun sözlərinə görə, başçılıq etdiyi hökumətin əsas məqsədidəyişən vəziyyətə uyğunlaşmaqdır: "Başçılıq etdiyim "MülkiMüqavilə" partiyasının 2021-ci ildəki parlament seçkiləri zamanıverdiyi elə vəd yoxdur ki, həmin vədi sonadək, səmimi şəkildəhəyata keçirməyə çalışmayaq. 2026-cı ildə seçkilər olacaq. Əgərhökuməti dəyişmək istəsəniz, dəyişərsiniz".

İşğalda olan Aşağı Əskiparada özlərini "yerli sakinlər" sayan,lakin Azərbaycanın qəsb edilmiş ərazisində məskunlaşmış ermənilərləilin əvvəlindən bəri artıq ikinci dəfə görüşən Nikol Paşinyanın sonbəyanatları emosional çıxış və ya etiraf kimi qələmə verilsə də,belə deyil.

Ermənistanın son həftələrdə nümayiş etdirdiyi diplomatikvurnuxmalar və siyasi marşrut arayışları hələlik bir nəticəverməyib.

Aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken vəAvropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşərəkyardımlarla dəstək barədə sənədlər imzalayan N.Paşinyan əldəolunmuş nəticələri, ilk baxışdan qəribə təsir bağışlasa da,qənaətbəxş hesab etmir.

ABŞ, Avropa İttifaqı və Ermənistan arasında belə işçi qrupununyaradılması beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində ümumitəcrübədir. Bu təşəbbüs daha əvvəl qeyd etdiyimiz bir sırafəaliyyətləri, o cümlədən hərbi təlim, infrastrukturuntəkmilləşdirilməsi və yeni müdafiə texnologiyalarının inkişafı üçünnəzərdə tutulub. İşçi qrupun əsas məqsədi səmərəli qarşılıqlıəlaqəni təmin etmək və Ermənistanın hərbi inkişaf proqramıçərçivəsində qarşıya qoyulan vəzifələrin icrasını təminetməkdir.

ABŞ-ın İrəvandakı səfiri Kristina Kuinn səfirlikdə ErmənistanMüdafiə Nazirliyi ilə fəal əməkdaşlıq edəcək hərbi məsləhətçinin dəçalışacağını bəyan edib. Ermənistan da ABŞ-dan zirehli təciliyardım maşınları istəyib və çox güman ki, onları tezliklə alacaq.Baxmayaraq ki, artıq qeyd etdiyimiz kimi, Brüsseldə keçirilən görüşərəfəsində müxtəlif səviyyələrdə rəsmi Bakını əmin etməyəçalışıblar ki, ABŞ-Aİ-Ermənistan danışıqlarında, sən demə,"ümumiyyətlə", hərbi komponent yoxmuş.

Aprelin 5-də Brüsseldə də razılaşdırılan bir mühüm məqamıvurğulamaq lazımdır: Avropa İttifaqı və ABŞ Ermənistana öldürücüsilahların verilməsinə dair razılığa gəliblər. Üstəlik, hücumsilahlarının tədarükü gözlənilir. Nəticədə İrəvan Qərbin Gürcüstanabelə vermədiyini və uzun illər Ukraynaya verməkdən imtina etdiyinialacaq.

Ermənistan ordusunun NATO standartlarına tam uyğunlaşdırılması,rus hərbçilərinin və rusiyapərəst elementlərin Ermənistandansıxışdırılmasını da Qərb İrəvandan tələb edir. Bütün bu hərəkətlərErmənistanın ortamüddətli perspektivdə NATO-ya mümkün daxilolmasına hazırlıqdan xəbər verir. Qərb öz silah bazarınıErmənistanın üzünə açır və bu silahların Ermənistan tərəfindənalınmasını özü maliyyələşdirir.

Hadisələrin bu cür inkişafı mütləq Ermənistan ərazisindəqeyri-regional mövcudluğun güclənməsinə gətirib çıxaracaq ki, bu daöz növbəsində Azərbaycanda haqlı olaraq müşahidə missiyasınınhimayəsi altında kəşfiyyat əməliyyatlarının dərinləşməsi kimi qəbuledilir. Bu tədbirlər bazalar və sərhədçilər haqqında yuxarıda qeydolunan məlumatlarla yanaşı, regionda gərginliyi xeyliartıracaq.

Aİ Ermənistana Azərbaycanla sərhəddə müdafiə infrastrukturunun,o cümlədən mühəndis istehkamlarının yaradılmasında yardımedəcək.

Aİ-nin Azərbaycanla şərti, hələ razılaşdırılmamış sərhədintamhüquqlu cəbhə xəttinə çevrilməsində, o cümlədən mühəndisistehkamlarının inşasında və çoxsaylı atəş mövqelərininyaradılmasında Ermənistana yardımını İrəvanı itələməkdən başqa birşey kimi xarakterizə etmək çətindir. Ermənistan və Aİ-nin sülhtəşəbbüslərinə dəstək bəyanatlarına baxmayaraq, praktikada bu cüraddımlar Azərbaycana qarşı potensial hücumlar üçün tramplinyaradılması kimi qiymətləndirilə bilər. Yada salaq ki, ErmənistanAzərbaycana qarşı öz Konstitusiyasında təsbit olunmuş əraziiddialarından hələ də əl çəkməyib. Bu ölkənin Azərbaycana qarşıekspansionist niyyətlərini institusional olaraq rədd etməsinəistinad etmədən hər hansı güclənməsi münaqişəni qızışdırmaq və sülhprosesini pozmağa bərabərdir.

Bu gün Ermənistan son dərəcə riskli, onun üçün böyük faciə ilənəticələnə biləcək oyuna qarışıb. Nikol Paşinyan da qumarbaz kimigeosiyasi stavkaları artırır, dönməz şəkildə itirilənləri geriqaytarmağa çalışır, nəticədə ölkəsini daha böyük təhlükə qarşısındaqoyur.

Nikol Paşinyan və administrasiyası indi üç antoqonist qüvvə —Qərb, Rusiya və İranla eyni anda əməkdaşlıq etmək, hər üç qüvvədənyararlanmaq və dividendlər əldə etmək niyyətindədir. İrəvanınillüziyalarındakı variantlar baş tutan deyil.

Təbii, ABŞ və Avropa İttifaqı, xüsusilə də Fransa ermənilərisürətlə silahlandırmağa başlayaraq İrəvan vasitəsilə CənubiQafqazdakı proseslərə ciddi təsir rıçağı əldə etmək, sonra daregional proseslərə təsir etmək fikrindədirlər. Bunun üçün digərdövlətlər də prosesə cəlb olunur — məsələn, Yunanıstan, Qazaxıstan,Belçika və hətta Tacikistanla Suriya. Ermənistan rəhbərliyinə ifratdərəcədə vədlər verən Vaşinqton, Brüssel və Paris ermənilərisilahlandıraq, onların ordularında ciddi islahatlar aparmaqlaRusiyanın bölgədəki təsir imkanlarını minimuma endirməkfikrindədirlər.

Amma silahlanan Ermənistan revanşist niyyətlərindən, Azərbaycanərazilərinin bir qismini yenidən işğal etmək cəhdlərindən əlçəkəcəmi?

Sual ritorik deyil, çünki Qərb var qüvvəsi ilə Cənubi Qafqazdayeni gərginlik ocağı yaratmaqda, yeni risklərlə çağırışlarıformalaşdırmaqdadır.

Nikol Paşinyan bütün bunları hiss etdiyindən Aşağı Əskiparadakıermənilər qarşısında ucuz melodramatik serial qəhrəmanları kimiçıxış edib.

Ermənistanı qarşıda çox ağır günlər gözləyir.

Avropa İttifaqına və hətta NATO-ya üzvlük vəd edilmiş bu sünidövlət növbəti dəfə aldanır.

Ermənilər yenə tələyə salınırlar və həmişə olduğu kimi, faydagötürən tərəf onları idarə etməyə can atanlar olacaq.

Seçilən
57
3
Mənbələr
Şərh ()
Bağla