AZ

ATU-nun Onkoloji Klinikasında yeni idarəetmə proqramı tətbiq olunur 

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Klinik-diaqnostik laboratoriyasında, eləcə də klinikanın özündə bu ildən etibarən XMİS (Xəstəxana Məlumatlarını İdarəetmə Sistemi) proqramı tətbiq olunur.

 

Bu barədə Aztibb.az-a məlumat verən Klinik-diaqnostik laboratoriyanın müdiri Taleh Əliyevin bildirib ki, 2014-cü ildən LMİS (Laboratoriya Məlumatlarını İdarəetmə Sistemi) proqramından istifadə edilib. Bu proqram vasitəsilə laborator diaqnostikanın bütün mərhələləri – pre-analitik, analitik və post-analitik mərhələlər avtomatlaşdırılaraq elektronlaşdırılıb. Yəni, xəstələr qeydiyyat bölməsində qeydiyyata düşürb ad və soyadlarla barkordlar vakuumlu qanalma sınaq şüşələrinin üzərinə yapışdırılırıb. Qəbul bölməsində nümunə qəbul edilib, sentrifuqasiyadan keçirilib və hər bölməyə uyğun olaraq qan nümunələri paylanılıb.

 

T.Əliyev müasir tələblərə uyğunlaşmaq, operativliyi təmin etmək məqsədilə həmin proqramın yenisi ilə əvəz olunduğunu diqqətə çatdırıb: “2024-cü ilin yanvarından etibarən Klinikamızda XMİS proqramı qurulub. Bu proqram vasitəsilə klinikaya daxil olan pasiyentlər mərkəzləşmiş qaydada, daha operativ şəkildə qeydiyyat olunur, ixtisasa uyğun həkim qəbuluna yönləndirilir. Klinisistlər müraciət etmiş pasiyentlərə lazım olan həm instrumental, həm də laborator müayinələri proqram üzərindən tələb edirlər. Ardıcıl olaraq, hər bir diaqnostik bölmə daxil olan istəklərə uyğun müayinələri aparıb sistemə daxıl edir. Bununla da pasiyentə məxsus bütün məlumatlar elekton sistem üzərindən idarə olunur. Artiq klinikada bütün həkimlər proqramdan istifadə edir, sistemin üstünlüklərindən yararlanırlar”.

Seçilən
96
1
Mənbələr
Şərh ()
Bağla