AZ

Yem məhsullarının təhlükəsizliyi təmin edilməlidir - Sədr

Bakı. Trend:

Heyvan və insan sağlamlığının qarşılıqlı əlaqəsini nəzərəalaraq, yem məhsullarının da təhlükəsizliyi təmin edilməlidir.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyininsədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahidsağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədədeyib.

AQTA sədri bildirib ki, bir çox baytarlıq preparatları yem vəyem əlavələrinin tərkibinə əlavə edilməklə heyvanlara tətbiqedilir:

“Baytarlıq preparatları heyvan sağlamlığına birbaşa mənfitəsirlə yanaşı, heyvan mənşəli qida məhsullarında qalıq şəklindətoplanmaqla insan sağlamlığına da dolayı yolla risk təşkiledir”.

AQTA sədri hansı hallarda baytarlıq preparatlarının heyvan vəinsan sağlamlığı üçün risk təşkil etdiyini də açıqlayıb:

“Baytarlıq preparatlarından, bioloji preparatlardan və yeməlavələrindən düzgün qaydada istifadə edilmədikdə, lazımındanartıq, heyvan xəstəliklərin müalicəsi üçün yox, onun qarşısınınalınması, eləcə də, heyvanların böyüməsinin təşviqi, qeydiyyataalınmamış, yəni effektivliyi və təhlükəsizliyi təsdiq edilməmişpreparatlardan istifadə edildikdə bu riskli olur”.

Onun sözlərinə görə, antimikrob rezistentlik heyvan və insansağlamlığına ciddi təhdid olmaqla yanaşı, qlobal səhiyyəproblemidir:

“Heyvandarlıqda antibiotiklərin düzgün qaydada istifadəedilməməsi heyvanlarda rezistent bakteriyaların yaranmasına səbəbolur. Birbaşa təmas, çirklənmiş qida məhsullarının istehlakı və yaətraf mühit vasitəsilə bu bakteriyalar insanlara keçə bilir.Nəticədə, insan və heyvanlarda yoluxucu xəstəliklər zamanımüalicənin səmərəliliyi azalır, xəstələnmə və ölüm hallarının sayı,həmçinin, iqtisadi yük artır”.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla