AZ

Paşinyandan ŞOK SÖZLƏR – “Orada ticarətlə məşğul olaq”

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Azərbaycanla sərhəd bölgəsinə səfərinin bəzi təfərrüatları bəlli olub.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, sərhəd bölgəsində yaşayan sakinlərlə qapalı keçirilən görüşdə Nikol Paşinyan narahatlıq üçün heç bir əsas olmadığını bhildirib:

 “Məqsədimiz, ideyamız ondan ibarətdir ki, “Azərbaycan 50 metr aralıdadır” deməyiniz, həyəcanla deyil, “yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada ticarətlə məşğul olaq, bəlkə ferma tikək” deyəsiniz.

Eyni zamanda, o, yerli sakinlərin təhlükəsizlik zəmanətləri ilə bağlı sualını gözləyərək, "yüz faiz zəmanət vermədiyini", lakin "o bilir ki, addım-addım 90 və ya daha çox faizə çatacağıq" dedi.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla