AZ

Atasının istefaya göndərilməsinə etiraz etdi, komandadan ayrıldı

II Liqada mübarizə aparan «Şahdağ»da maraqlı hadisə baş verib.

Bəhram Şahquliyevin sükan arxasından ayrılmasından sonra oğlu Mübarək Şahquliyev də burada qalmaq istəməyib.

Klub rəhbərliyinin atasıyla bağlı qərarına etiraz əlaməti olaraq, o da komandadan gedib.

Qusar təmsilçisi 3 həftə öncə B.Şahquliyevlə vidalaşıb. Buna səbəb 18-ci turda alınan məğlubiyyətdir.

Belə ki, «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin maliyyələşdirdiyi komanda İmişlidə «Kür-Araz»a 1:3 hesabıyla uduzub.

SPORTİNFO.AZ

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla