AZ

Goranboyda avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb 

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy şəhərinin çıxışında 2 avtomobilin toqquşması nəticəsində, 1990-cı il təvəllüdlü İ.Səfərov, 1993-cü il təvəllüdlü E.Quliyev, 1992-ci il təvəllüdlü E.Yaqubov və 1981-ci il təvəllüdlü E.Həsənəliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi və qənaətbəxş kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
43
Mənbələr
Şərh ()
Bağla