AZ

Bayden: "Əmimi adamyeyənlər yedi" - FOTO+VİDEO

Bayden: "Əmimi adamyeyənlər yedi" - FOTO+VİDEO

ABŞ prezidenti Co Bayden Pensilvaniya ştatına səfəri zamanı İkinci Dünya Müharibəsi zamanı Sakit okean əməliyyatında iştirak etmiş əmisinin döyüş abidəsini ziyarət edib.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, Bayden əmisinin İkinci Dünya Müharibəsi zamanı təyyarəsi qəzaya uğradıqdan sonra Yeni Qvineyada adamyeyənlər tərəfindən yeyildiyini deyib.

Hərbi araşdırmalar təyyarənin Sakit okean üzərində itdiyini göstərir. Bayden hadisə ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib:

"Təyyarə o zaman adamyeyənlərin çox olduğu ərazidə vurulub. Onun meyitini heç vaxt tapmayıblar, amma yenidən əraziyə gedəndə yoxlayıb təyyarənin bəzi hissələrini tapıblar".

Bayden eyni hekayəni Pittsburqa gəldikdən sonra həmkarlar ittifaqı üzvlərinə belə danışıb.

"Əmimin təyyarəsi Yeni Qvineyada vuruldu və bir daha geri qayıtmadı".

Bayden:Bayden:
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla