AZ

Qvardioladan məğlubiyyət şərhi

style='margin-bottom:10px;'>

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında mübarizəni dayandırmaqları haqda danışıb.

QOL.az xəbər verir ki, "şəhərlilər" 1/4 finalda “Real” səddini keçə bilməyiblər. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə yekunlaşmışdı. Ötən gün keçirilən cavab görüşündə isə Madrid təmsilçisi penaltilər seriyasında "Mançester Siti"ni üstələyib (4:3, əsas və əlavə vaxt - 1:1). 

Qvardiola isə məğlubiyyəti belə şərh edib:

"Qələbə qazanmaq istəyərdim. "Real"ı təbrik edirəm. Biz əlimizdən gələn hər şeyi etdik. Ona görə də heç nəyə görə qətiyyən peşman deyiləm. Bir məşqçi kimi həmişə deyirəm: Əsas odur ki, daha çox qol vuraq və az qol buraxmalıyıq.  Əla oynadıq, amma təəssüf ki, qalib gələ bilmədik. Futbol belədir. Bəzən penaltilər seriyasında qalib gələ bilirsən, bəzən isə bacarmırsan. Amma oyunda çox yaxşı müdafiə olunsaq da, əlimizdə olan şansları qola çevirə bilmədik. Hər kəs yüksək səviyyədə çıxış etdi”.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi "Mançester Siti"dir.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla