AZ

"Bu boyda məhbusların olduğu ölkədə təkcə Arif bəyin oğlu azadlığa çıxdı?"

"Müsavat partiyasının başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli bəlkə yüz dəfə mənim haqqımda ora-bura yazıb, dinməmişəm. İndi yenə yazıb ki, bəs Kəramət Böyükçöl nə məzhəbə qulluq edir, bilmirəm"


Pravda.az xəbər ki, bunu yazıçı Kəramət Böyükçöl deyib.


K.Böyükçöl bildirib ki, Mustafa Hacıbəyli nə məzhəbə qulluq etdiyim sənin üçün belə maraqlıdırsa, deyim: "Yazıçı adamam, kitab yazıram, sonra da kitablarımı satıram. Bəs siz nə satırsınız? Nə məzhəbə qulluq edirsiniz? Rəsulzadənin partiyasını Putinlə Medvedyev kimi siz "oçretə" qoymusunuz, mən yox. Mən özümə müxalifət lideri demirəm, siz deyirsiniz. Ona görə də mənim yox, sizin nə məzhəbə qulluq elədiyiniz cəmiyyət üçün əhəmiyyətlidir. Qardaşınız Arif Hacılının oğlu qanunsuz şəkildə həbs olunanda mən də buna etiraz etmişdim. Ancaq noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif bəyin oğlu azadlığa çıxdı? Öz də Müsavat Partiyasının prezident seçkilərini boykot elədiyi günün səhərisi. Noldu, hökumətin üzərinə böyük ictimai basqı oldu, yoxsa hökumətin vicdanı oyandı ki, gənc bir oğlanı həbsxanada çürütməsin? Noldu da, niyə buraxıldı azadlığa? Aydın məsələdir ki, belə bir şey ancaq danışıqlarla həll ola bilən məsələdir. Zaman-zaman camaatı müxalifət adı ilə aldadıb həmişə bu işlərlə məşğul olmusunuz, insanların hissləri ilə oynamısınız, onları alver predmetinə çevirmisiniz. Saymaqla bitməz. Hələ utanmaz-utanmaz da deyirsiniz ki, hökumət bizim seçkini boykot etməyimizdən bərk narahatdır. Narahat oldu deyə boykotun səhərisi günü müxalifət liderinin oğlunu azadlığa buraxdı? Az qala balaca uşaq da bilir ki, sizin məqsədiniz hakimiyyətə gəlmək yox, Müsavat Partiyasını Tofiq Yaqubludan qorumaqdır. Rəsulzadənin partiyasını oyuncağa çevirmisiniz, buna görə bir vicdan narahatlığı yaşamırsınız, indi də mənim nə məzhəbə qulluq etdiyimi fikirləşməklə məşğulsunuz. Guya bunlar xeyirdi, hökumət şərdi. İndi bilmirlər ki, mən xeyirin yanındayam, yoxsa şərin. Siz heç e, mənim sizə inanan və ümid eləyən adamlara yazığım gəlir"

Tarix: 18 Aprel 2024, 10:28   
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla