AZ

Azyaşlı qıza hədə-qorxu gəlib qızıllarını alan şəxslər tutuldu

Bakı. Trend:

Azyaşlı qıza hədə-qorxu gəlməklə, qızıl-zinət əşyalarınıtalamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki,

Aprelin 15-də Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxugəlməklə qızıl-zinət əşyalarının talanması barədə 36-cı PolisŞöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilətələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
18
Mənbələr
Şərh ()
Bağla