AZ

Altı müəssisədə gigiyena tələblərinin pozulması aşkarlanıb - AQTA sədri

Bakı. Trend:

Qiymətləndirmə nəticələrinə görə, 6 müəssisədə gigiyenatələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb. Hazırda 24ölkədə fəaliyyət göstərən 349 qida obyekti qiymətləndirilərəktəsdiq olunub.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyininsədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahidsağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədədeyib.

AQTA sədri bildirib ki, bunlardan 246 müəssisədə videoinspeksiya, 103 müəssisədə isə yerində qiymətləndirilməkeçirilib:

“10 ölkədə yerində qiymətləndirilmə həyata keçirilib Rusiya(30), Belarus (30), Türkiyə (20), İran (5), Almaniya (5), Hindistan(4), Gürcüstan (3), Ukrayna (3), Polşa (2), Latviya (1). Aparılanqiymətləndirmə nəticələrinə əsasən 6 müəssisədə gigiyenatələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlaraşkarlandığı üçün həmin müəssisələrin təsdiqindən Agentliyinmüvafiq qərarı ilə imtina edilib”.

Qida obyektlərinin təsdiqi sistemi üzrə ekvivalentliyi tanınmışölkələrə gəlincə, Q.Təhməzli qeyd edib ki, agentlik KollegiyasıRusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığınınqida obyektləri üzrə təsdiq sisteminin, Türkiyənin isə müəyyənməhsul qrupları üzrə ekvivalentliyinin qismən tanınması ilə bağlımüvafiq qərar qəbul edib:

"Digər ölkələrlə də qida obyektləri üzrə təsdiq sistemlərininekvivalentliyinin tanınması ilə bağlı müvafiq işlər həyatakeçirilir”.

Seçilən
58
7
Mənbələr
Şərh ()
Bağla