AZ

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edildi (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə Avropa Yenidənqurmavə İnkişaf Bankının (AYİB) Avropa Enerji Qrupunun direktoruQrzeqorz Zielinski ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə enerji sektorunda Banklaəməkdaşlığın prioritet istiqamətləri üzrə müzakirələr aparılıb.

AYİB ilə bərpa olunan enerji potensialının artırılması,şəbəkənin təkmilləşdirilməsi, enerji səmərəliliyi, aşağı karbonluiqtisadiyyat və “Qaradağ” GES-in maliyyələşməsi üzrə əməkdaşlığınyaşıl enerji keçidinə töhfə verdiyi qeyd olunub.

Enerji Effektivliyi Fonduna, enerji səmərəliliyi sahəsində pilotlayihələrin həyata keçirilməsinə AYİB-in dəstək imkanları, bərpaolunan enerji hərraclarının keçirilməsi layihəsinin,elektroenergetika sektorunda aşağı karbonlu həll yolları üzrəəməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib.

Günəş enerjisi üzrə ilk hərracın keçirilməsi ilə bağlıproseslərə tezliklə başlanacağı qeyd olunub. Azərbaycan(Naxçıvan)-Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropayaşıl enerji dəhlizi layihələri, 1 QVt gücündə günəş-külək enerjisistansiyalarının şəbəkəyə qoşulması, enerji sistemininmodernləşdirilməsi ilə bağlı əməkdaşlıq məsələləri müzakirəedilib.

Söhbət zamanı “Enerji Məsələlərini Tənzimləmə Agentliyininfəaliyyətinə dəstək” layihəsi çərçivəsində müvafiq sahədə qanunlayihəsinin hazırlanması ilə əlaqədar son vəziyyət dədəyərləndirilib. Həmçinin COP29 çərçivəsində enerji sahəsindəfəaliyyət planları nəzərdən keçirilib.

Əbu-Dabidə
Əbu-Dabidə
Seçilən
64
28
Mənbələr
Şərh ()
Bağla