AZ

"Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" - DEPUTAT

"Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" - DEPUTAT

"Fransa ilə Azərbaycan arasında münasibətlər bir müddətdir, gərginləşib. Təbii ki, buna əsaslı səbəblər var. İlk növbədə Fransa Ermənistanın müttəfiqidir və bu ölkədə böyük erməni icması yaşayır bu icmada dövlətin Azərbaycan- Ermənistan münasibətlərindəki mövqeyinə təsir edir".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, bu gün Fransa Prezidenti Emmanuel Makron səfir Ann Boillonu qəbul edib və geri çağrılmasını müzakirə edib:

"O deyib ki, Azərbaycanın hərəkətlərindən təəssüflənir və öz niyyətlərinə dair açıqlama istəyir. Emmanuel Makron açıqlama deyəndə Fransanın müstəmləkələrindəki azadlıq hərəkatına haqq qazandırılmasından söhbət gedir. Təbii ki, dövlətimiz hər zaman terrora və haqqsızlığa məruz qalanın yanındadır. Bu Azərbaycanın dünən və ya bu gün formalaşdırdığı siyasi mövqeyi deyil, biz hər zaman beynəlxalq təşkilatlar çərçivəsində də ədalətli mövqe nümayiş etdirmişik. Amma Fransanın terroru dəstəkləməsi Azərbaycanı narazı salır və haqqlı olaraq Fransanın keçmiş müstəmləkəsi olmuş ölkələrdə insan haqqlarına olan qərəzə qarşı mübarizəni mənəvi olaraq dəstəkləyir.

Digər tərəfdən Ermənistan baş Naziri Nikol Paşinyanın Fransaya səfəri zamanı Azərbaycanın yeni ərazilər əldə etmək niyyətlərinin olduğunu iddia etməsinə qarşılıq Makronun da Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair ittihamlar səsləndirməsi böyük bir qərəzdir. Bir dövlət başçısından belə faktsız və bəsit mövqe gözlənilən deyil. Parisin bu davranışlarının arxasında Azərbaycana qarşı siyasi xəttin dayandığı açıq aşkar görünür".

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla