AZ

"Lənətli kitab" açıqlacaqmı?

Türkiyə və Azərbaycanın ortaq istehsalı olan “Lanetli kitap” filminin 17 aprel tarixində qala gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, ilm cinlərə aid kitabın ələ keçirilməsindən və cinlərin bu kitabı tapmaq üçün Azərbaycana yaşamağa gələn Halilin ailəsini narahat etməsindən bəhs edir. Hadisələr cinlərin lənətli kitabının oğurlanmasından başlayır. Fatehin Azərbaycanda tanış olduğu Səməd onun həyatını məhv edir. Fateh o gündən lənətə uğrayır.

NN film tərəfindən istehsal edilən filmin büdcəsi 120 min dollardır.

Qorxu janrında olan filmin quruluşçu rejissoru və ssenari müəllifi Natiq Novruzov, rejissoru Xəyal Xan, baş prodüseri Fuad Bəkiroğlu, prodüseri Zamiq Əlövsətoğlu, icraçı prodüseri Yalçın Çoban, ssenari müəllifləri Yeganə Kərimzadə, bəstəkarı Rabil Səfərli, operatoru Akan Açıksöz, quruluşçu rəssamı Aygün Mahmudovadır. Filmdə baş rollarda Halil İbrahim Kalaçıoğlu, Şeyda Aydın, Elçin Məmmədli, Vüqar Əliyev, Hasan Bakay, Ayan Bəkirova, Nuran Bəkirova, Zəhra Rəhbərqızı çəkiliblər.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla