AZ

İnsanı üzdən "tanıyan" və onu təqib edən dron hazırlanıb

Amerikalı mühəndis və sahibkar Luis Venus süni intellektə malik , müəyyən bir şəxsi hədəfə alaraq onu təqib edə biləcək dron hazırlayıb.

Azpost.info bildirir ki, bu barədə “Live Science” portalı xəbər verir. Mühəndis Luis Venus 115 dollar dəyərində olan bir dronu ən qısa müddətdə öldürücü silah üçün bazaya çevirə bildiyini iddia edir.

Yenilikçi sadəcə dronu insan üzünü tanıya biləcək süni intellekt proqramı ilə təchiz edib. Nəticədə insanları tanıya və onları izləyə biləcək aparat ortaya çıxıb.

Dron 10 metr məsafədən istənilən sifəti ayırd edə bilir. Luis Venera bunun hələki sadəcə bir oyun olduğunu deyib, amma xəbərdalıq edib ki, dünyada bu cür silahlar ortaya çıxa bilər.

Dron daxili kamera əsasında süni intellektlə “obyekt aşkarlama modelindən” istifadə edir. Hədəf olacaq insanı gördükdən sonra dron obyekti izləmək üçün proqramlaşdırılır və birbaşa ona doğru uçur.

“Qatil dronlar” seçimi ciddi problemlər meyadan çıxara bilər.

 

Azpost.info

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla