AZ

ABŞ və Aİ Ermənistana hərbi dəstək göstərəcək? - Dövlət Departamenti cavablandırdı

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin mətbuat xidməti aprelin 5-dəBrüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfligörüşündə Ermənistana geniş hərbi dəstəyin göstərilməsiməsələlərinin əksini tapdığı sənədin mətbuatda yayılmış fotosu iləbağlı AZƏRTAC-ın ABŞ bürosunun sorğusunu cavablandırıb.

“Bu sənəd sırf dezinformasiyadır, təhlükəsizlik məsələlərigündəmdə olmayıb. Biz sizin diqqətinizi aprelin 5-də Brüsseldəkeçirilmiş üçtərəfli görüşün yekununda Avropa İttifaqı vəErmənistan ilə birlikdə qəbul etdiyimiz press-relizə yönləndirməkistərdik.

Avropa İttifaqı və Ermənistan ilə birlikdə keçirilmş Brüsselgörüşündə diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə vəhumanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadidayanıqlılığına, o cümlədən Ermənistanda demokratiya və qanununaliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyəyönəlib”, - deyə Dövlət Departamentinin mətbuat xidmətinin sorğuyacavabında qeyd olunub.

Xatırladaq ki, Brüsseldə keçirilmiş ABŞ-Avropaİttifaqı-Ermənistan üçtərəfli görüşü ilə bağlı sənədlərdən birininötən gün fotosu yayılıb. Azərbaycan ictimaiyyətində genişnarahatlıq doğuran həmin fotodan da göründüyü kimi, üçtərəfligörüşlə bağlı daha əvvəldən verilən açıqlamaların əksinə, həminsənəddə həm ABŞ-ın, həm də Avropa İttifaqının Ermənistana genişhərbi dəstək göstərməsi əks olunub.

AZƏRTAC məsələ ilə bağlı ABŞ Dövlət Departamentinə sorğuünvanlayıb.

Seçilən
41
20
Mənbələr
Şərh ()
Bağla