AZ

İsmail Kartaldan Livakoviçlə özəl görüş

UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçında "Olimpiakos"dan 3 qol buraxan "Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç cavab matçı öncəsi baş məşqçisi İsmayıl Kartaldan dəstək alıb.

Offsideplus.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, “Olimpiakos”la səfərdə səhv qollar buraxan, lakin “Karagümrük”lə matçda inamlı təsir bağışlayan Livakoviç özünə inamını bərpa edib.

Xorvatiyalı qolkiperlə görüşən baş məşqçi İsmail Kartalın "Olimpiakos ilə cavab görüşü asan olmayacaq və üzərinizə böyük bir iş düşəcək. Çox diqqətli olmalıyıq. Sizin qabiliyyətlərinizi bilirik. Buna şübhəm yoxdur. Uğurlu çıxışınızı davam etdirəcəksiniz” dediyi məlum olub.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla