AZ

Yapon üçün 60 milyon avro təklif edəcək - Preemyer Liqa t əmsilçisi

“Real Sosyedad”ın yarımmüdafiəçisi Takefusa Kubo İngiltərə çempionatında top-kluba keçə bilər.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Liverpul” hələ də 22 yaşlı yapon futbolçuyla maraqlanır.

Kubo yay transfer pəncərəsində “qırmızılar”ı gücləndirmək üçün prioritet variantlardan biridir. “Liverpul” futbolçu üçün 60 milyon avro təklif etməyə hazırdır.

Yaponiyalı futbolçunun “Real Sosyedad”la müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. O, La Liqada cari mövsümdə 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla